APC — Azərbaycan Pulmonologiya Cəmiyyəti Üzv ol
Azərbaycan Pulmonologiya Cəmiyyəti

Azərbaycan Pulmonologiya Cəmiyyəti

Tənəffüs tibbinin Azərbaycandakı peşəkar birliyi: həkim, rezident və tələbələr üçün elmi-praktik təhsil, klinik protokollar və milli səviyyədə elmi mübadilə.

7Elmi komitə
4Nəşr seriyası
3Dildə məzmun
Nəfəsalma
0.00LHəcm
0.00L/sAxın
Son tədbir

Innovation in Obstructive Respiratory Diseases

Tarix
27-29.10.2026
Yer
Strasbourg
Status
Keçirilib

Missiya & Hədəflərimiz

Nə üçün varıq
01

Missiya

  • Azərbaycanda pulmonologiya elminin inkişafına töhfə vermək
  • Xəstəliklərin erkən aşkarlanması və düzgün idarə olunmasını təmin etmək
  • Həkimlər, rezidentlər və tələbələr üçün elmi-praktik seminarlar, kurslar və təlimlər təşkil etmək
  • Əhalidə tənəffüs sağlamlığı barədə məlumatlılığı artırmaq və maarifləndirmə aparmaq
  • Beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı gücləndirmək və qlobal elmi mərkəzlərlə inteqrasiyanı təmin etmək
02

Vizyon

Azərbaycan Pulmonologiya Cəmiyyəti qarşıya qoyduğu məqsədlərlə gələcəkdə:

  • Ölkəmizdə pulmonologiya üzrə ən nüfuzlu elmi-tibbi qurumlardan birinə çevrilməyi
  • Regional və beynəlxalq səviyyədə tanınmış elmi platforma olmağı
  • Müasir respirator tədqiqatların aparıldığı və elmi nailiyyətlərin praktikaya tətbiq olunduğu qabaqcıl mərkəzlərdən biri kimi fəaliyyət göstərməyi hədəfləyir.
03

Hədəflər

Cəmiyyətin əsas hədəfi Azərbaycanda pulmonologiyanın elmi və praktik inkişafını təşviq etmək, respirator xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müasir müalicə metodlarının tətbiqi istiqamətində maarifləndirici və təşkilati fəaliyyət göstərməkdir.

İdarə heyəti

Struktur

Azərbaycan Pulmonologiya Cəmiyyətinin idarə heyəti sahənin aparıcı mütəxəssislərindən ibarətdir. İdarə heyəti Cəmiyyətin fəaliyyət strategiyasını müəyyən edir, layihələrin həyata keçirilməsini əlaqələndirir və elmi tədbirlərin təşkilinə rəhbərlik edir.

Sədr Çağla Xurşud Hüseynova
Baş Katib Könül Məmmədova
Sədr Müavini Firuz Məmmədov
Elmi Katib Həsən Həsənzadə
Elmi Katib Günay Əliyeva
Maliyyə İşləri üzrə Katib Nicat Ağayev
Media və İctimai Əlaqələr üzrə Məsul Nigar Əliyeva
Torakal Cərrahiyyə Nümayəndəsi Fəhmin Əmirov

Nəşrlər

Bütün nəşrlər

Bloq

Hamısı

Tərəfdaşlar

Əməkdaşlıq
Tərəfdaş Tərəfdaş
Üzvlük

Cəmiyyətin
bir hissəsi olun

Tənəffüs tibbi üzrə çalışan həkim, rezident və tələbələr üçün açıqdır. Müraciət onlayn qeydiyyatla başlayır.

  • Konqres və kurslarda güzəştli iştirak
  • Protokol və bələdçilərə tam çıxış
  • Elmi komitələrdə iştirak imkanı
  • Beynəlxalq tədbirlərə namizədlik